DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq ərəfəsində Azərbaycan Şəhərsalma Kampaniyasının “İmkanlar hər kəs üçün” sosial layihəsi çərçivəsində ADA Universitetində tədbir təşkil olunub.
Tədbir çərçivəsində layihəyə cəlb edilən benefisiarlar universitetin təlim-tədris şəraiti, o cümlədən material kitabxanası, müasir laboratoriya və dizayn studiyaları, ADA Kitabxanası ilə tanış olublar.