ADA Universiteti Kitabxanası və İT və mühəndislik fakültəsinin professor və tələbə heyətinin birgə əməkdaşlığı, eləcə də "MegaSec" şirkətinin dəstəyi ilə hazırladığı süni intellekt əsaslı “MyLibAI” platformasının təqdimatı keçirilib.

"MyLibAI" layihəsi ADA Universiteti Kitabxanası və ADA Universiteti İT və Mühəndislik fakültəsinin professor və tələbə heyətinin birgə əməkdaşlığı, eləcə də MegaSec şirkətinin dəstəyi ilə ərsəyə gəlmişdir.

Bu layihə süni intellekt vasitəsilə istifadəçilərə sadə üsulla axtarış aparmaq imkanı yaradır və ADA Universiteti Kitabxanasının timsalında Azərbaycanın kitabxana-informasiya sisteminin müasirləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.

İstifadəçilər müxtəlif  sorğular vasitəsilə mənaya uyğun kitab, məqalə, dissertasiya və digər resursları tapa və onlardan istifadə edə bilirlər.

Sistem təkcə axtarış platforması deyil, eyni zamanda istifadəçinin informasiya tələbatını anlayan intellektual kitabxana həllidir.

👋 Hi! I’m librarian. Need help?