12 mart 2026-cı il tarixində ADA Universiteti Kitabxanasına Bakı Dövlət Universitetinin “Sənəd və informasiya menecmenti” fakültəsinin dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə “Elektron kataloq” fənni üzrə tələbə qrupunun səfəri təşkil olunmuşdur.
Görüş zamanı ADA Universitetinin Kitabxana və İnformasiya Xidmətləri şöbəsinin direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Ç. Məmmədov tərəfindən kitabxananın fəaliyyəti, elektron xidmətlərin inkişafı və rəqəmsallaşdırma istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda tələbələr əməkdaşların iştirakı ilə kitabxananın struktur bölmələri ilə tanış olmuş, elektron kataloq sisteminin işləmə prinsipləri və informasiya axtarışının təşkili barədə praktiki biliklər əldə etmişlər.